Yuxarı

Buz bağlayan yolların - Siyahısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buz bağlayan yolların - Siyahısı

Paytaxt Bakıda və respublikanın digər yerlərində buz bağlayan yolların siyahısı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, hazırda Bakı-Şamaxı yolunun 66-cı kilometrliyindən 133-cü kilometrliyinədək hissəsini artıq buz bağlayıb. Gecə saatlarında bu məsafənin daha da uzanacağı ehtimalı var. Bundan başqa, Bakı-Quba yolunun bəzi ərazilərində də buzlaşma müşahidə edilir. Buz bağlayan yollara qum və duz səpilir.

K. Əliyev həmçinin bildirib ki, sürücülərdən magistral yollardakı vəziyyəti nəzərə alaraq iki aparıcı oxu olan nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.

Bakı şəhərinin enişli-yoxuşlu yollarında da buzlaşma müşahidə olunur. Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, hazırda paytaxtın Yasamal və Yeni Günəşli qəsəbəsi ərazilərində yollar buz bağlayıb. Gecə saatlarında buzlaşmanın daha da artacağı ehtimal olunur.

V. Əsədov qeyd edib ki, hazırda müvafiq qurumlar küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımı tədbirlər görünür.

Şöbə rəisi yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmağı, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görüb.

Tarix
2016.01.26 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla