Yuxarı

Sahibi evi ilə birlikdə yandı - Mingəçevirdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibi evi ilə birlikdə yandı - Mingəçevirdə

Mingəçevir şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində şəhərin "Bağlar" yaşayış massivində, Şəfəq küçəsindəki 23 saylı evdə qeydə alınıb. 1952-ci il təvəllüdlü Süleymanov Cəfərqulu Sadiq oğluna məxsus mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 80 kvadratmetr olan evin 60 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı Cəfərqulu Süleymanovun oğlu - 1981-ci il təvəllüdlü Süleymanov İqbal Cəfərqulu oğlu yanaraq dünyasını dəyişib. Məlumata görə, 35 yaşlı İqbal Süleymanov epilepsiya xəstəsi olub və hadisə zamanı evdə köməksiz vəziyyətdə qalaraq yanıb.

Yanğın söndürülüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin evdəki sobanın tüstü bacasının düzgün quraşdırılmaması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.01.27 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla