Yuxarı

Prokurorluqdan bəraət alan məhkumla bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluqdan bəraət alan məhkumla bağlı açıqlama

Baş Prokurorluq qəsdən adam öldürməyə görə məhkum olunan şəxsə bəraət verilməsi məsələsinə münasibət bildirib.

Prokurorluqdan Axar.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Polad Şəmsəddin oğlu İsmayılova bəraət verilməsinə dair məlumatlar yayılıb.

Qeyd olunub ki, Zaqatala rayon sakini Seyran Şakir qızı Əyyubovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar 24.02.2011-ci il tarixdə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanmış və cinayət işi üzrə istintaq zamanı əldə edilmiş sübutlar əsasında 27.02.2020-ci il tarixdə Polad İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəməyə göndərilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.04.2021-ci il tarixli hökmü ilə Polad İsmayılov həmin maddə ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsinin 10.02.2022-ci il tarixli qərarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvəsində saxlanılıb.

Ali Məhkəmənin 25.04.2023-cü il tarixli qərarı ilə müdafiə tərəfinin kassasiya şikayəti qismən təmin edilib cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 28.12.2023-cü il tarixli hökmü ilə Polad İsmayılova təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilib.

Müvafiq hökm prokurorluğa daxil olduqdan sonra cinayət işi üzrə ittihamedici və bəraətverici sübutlar bir daha təhlil olunaraq qiymətləndirilməklə kassasiya protestinin verilib-verilməməsi barədə obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.

Baş Prokurorluq kütləvi informasiya vasitələrinə həmin müddət ərzində bu kimi həssas məsələlərlə əlaqədar məlumatların yayılması zamanı diqqətli olmaq, habelə cinayət işi üzrə zərərçəkmiş tərəfin hüquqlarına hörmətlə yanaşılmasını tövsiyə edib.

Tarix
2023.12.29 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla