Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara layiqli xidmət
göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli
baxılması və haqlı tələblərinin təmin edilməsi ilə bağlı
tapşırıqları Baş Prokurorluğun rəhbərliyi tərəfindən daim diqqətdə
saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata
görə,vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid
olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin
tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmalar
aparılmaqla qanunamüvafiq qərarlar qəbul edilir. Vətəndaşların
müraciətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret
cinayət işlərinin istintaqı və törədilib və ya hazırlanan
cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş
qanun pozuntuları ilə əlaqədar şikayətlərin, habelə sosial
problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya
aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarında operativ həlli
üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilir.
Həmçinin vətəndaşlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada Baş
Prokurorluğun rəhbərliyi və aidiyyəti vəzifəli şəxslər tərəfindən
qəbul edilir və onlara şikayətləri üzrə qəbul edilmiş qərarlarla
bağlı müfəssəl izahlar verilir.
Belə ki, vətəndaş Süleymanova Sevda Fətəli qızının əri Qüvvətəli
Süleymanovun Cinayət Məcəlləsinin 178.3.2, 310 və 320.1-ci
maddələri ilə əsassız olaraq məhkəmə məsuliyyətinə verilməsi,
habelə əmlakının ələ keçirilməsi ilə əlaqədar şikayətinin Bakı
şəhər Baş Polis İdarəsində qeyri-obyektiv araşdırılması ilə bağlı
Baş Prokurorluğa daxil olmuş müraciətləri araşdırılıb. Hazırda
Q.Süleymanov barəsində cinayət işi Bakı Ağır Cinayətlər
Məhkəməsinin icraatındadır. S.Süleymanovanın əmlakının ələ
keçirilməsi ilə əlaqədar müraciəti isə Bakı şəhər BPİ və şəhər
prokurorluğunda müvafiq qaydada araşdırılıb. S.Süleymanova Baş
prokuror tərəfindən 2, Baş prokurorun 1-ci müavini tərəfindən 2,
həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrinin rəhbərliyi
tərəfindən 5 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq
izahlar verilib.
Vətəndaş Təmrazova Alya Həsən qızının qanunsuz olaraq
psixiatriya müəssisəsinə yerləşdirilməsi və əmlakının oğurlanması
barədə Baş Prokurorluğa etdiyi müraciətlər əsasında hazırda Səbail
rayon prokurorluğunda Cinayət Məcəlləsinin 146.2 və 313-cü
maddələri ilə istintaq tədbirləri davam etdirilir. Evindən oğurluq
edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə
olan cinayət işi üzrə isə istintaq Bakı şəhər BPİ-də davam
etdirilir. A.Təmrazova Baş prokuror tərəfindən 3, Baş prokurorun
1-ci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti
idarələrinin rəhbərliyi tərəfindən 5 dəfə qəbul edilərək
şikayətləri ilə bağlı müvafiq izahlar verilib.
Vətəndaş Mahmarzayeva Mətanət Ağarza qızının övladı Fatimə
Mahmarzayevanın zərərçəkmiş şəxs olduğu cinayət işi üzrə ibtidai
istintaqın obyektiv aparılmaması və cinayəti törətmiş şəxslərin
bəzilərinin cinayət məsuliyyətinə cəlb edilməməsi barədə Baş
Prokurorluğa etdiyi müraciətlər üzrə Hüseyn İsmayılov və Emin
Alıyevin CM-in 150.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair
cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib. Məmmədov Hacı Taleh oğlunun CM-in
150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə
isə istintaq Yasamal RPİ-də yekunlaşmaq üzrədir. Digər təqsirkar
şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində
zəruri istintaq tədbirləri davam etdirilir. M.Mahmarzayeva Baş
prokuror tərəfindən 1, Baş prokurorun 1-ci müavini tərəfindən 3,
həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi
tərəfindən 1 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq
izahlar verilib.
Vətəndaş Kərimova Rəsmiyyə Əvəz qızının övladına qarşı
törədilmiş seksual zorakılıq hərəkətləri ilə bağlı Bakı şəhər
prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Bakı
Ağır Cinayətlər Məhkəməsinə göndərilib. R.Kərimova Baş prokuror
tərəfindən 2, Baş prokurorun 1-ci müavini tərəfindən 3, həmçinin
Baş Prokurorluğun aidiyyəti idarələrin rəhbərliyi tərəfindən 5 dəfə
qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilib.
Vətəndaş Axundov Rafiq Fazil oğlunun özünə məxsus mənzilin
qanunsuz olaraq ayrı-ayrı hüquqi şəxslər tərəfindən ələ keçirilməsi
və ona qarşı dələduzluq edilməsi barədə müraciətləri üzrə Bakı
şəhər BPİ-də cinayət işinin başlanmasının rədd edilməsi barədə
qərar qəbul edilib. R.Axundov Baş prokuror tərəfindən 1, Baş
prokurorun 1-ci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun
aidiyyəti idarələrin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək
şikayətləri ilə bağlı müvafiq izahlar verilib.
Vətəndaş İsmayılov Elmidar Məhərrəm oğlunun atası Məhərrəm
İsmayılovun idarə etdiyi avtomaşının Yasamal rayonu ərazisində
avtomaşınla toqquşması nəticəsində sonuncunun avtomaşında olan
şəxslər tərəfindən döyülməsi ilə əlaqədar tədbir görülməməsi barədə
müraciəti üzrə hazırda Baş Prokurorluqda araşdırmalar davam
etdirilir. E.İsmayılov Baş prokuror tərəfindən 2, Baş prokurorun
1-ci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti
idarələrin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək şikayətləri
ilə bağlı müvafiq izahlar verilib.
Vətəndaş Hümbətova Roza Müslüm qızının döyülməsi və ona qarşı
qanunsuz hərəkətlər edilməsi ilə əlaqədar müraciətləri hazırda Bakı
şəhər prokurorluğunun İstintaq idarəsində araşdırılır. R.Hümbətova
Baş prokuror tərəfindən 2, Baş prokurorun 1-ci müavini tərəfindən
3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi
tərəfindən 1 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq
izahlar verilib.
Vətəndaş İsayev İsa Qeyubşah oğlunun qızı Afaq Süleymanovanın
yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı Bakı
hərbi prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsi
barədə qərar qəbul edilib. İ.İsayev Baş prokuror tərəfindən 1, Baş
prokurorun 1-ci müavini tərəfindən 2, Respublika hərbi prokuroru
tərəfindən 1, həmçinin Baş Prokurorluğun və Respublika Hərbi
Prokurorluğunun aidiyyəti idarələrinin rəhbərliyi tərəfindən
dəfələrlə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar
verilib.
Vətəndaş Hacıəliyeva Mədinə
Yuzbəyovnanın bağ evinin dələduzluq yolu ilə satılması və pulunun
mənimsənilməsi barədə şikayətləri əsasında hazırda Bakı şəhər
BPİ-də araşdırmalar davam etdirilir. M.Hacıəliyeva Baş prokuror
tərəfindən 1, Baş prokurorun 1-ci müavini tərəfindən 1, həmçinin
Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 2 dəfə
qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar
verilib.
Vətəndaş Yusupova Yelena Talqatovnanın atasına məxsus qarajın
sökülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi
ilə cinayət işi başlanmaqla, hazırda Yasamal rayon prokurorluğunda
istintaq tədbirləri davam etdirilir. Y.Yusupova Baş prokuror
tərəfindən 1, Baş prokurorun 1-ci müavini tərəfindən 2, həmçinin
Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə
qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilib.
Vətəndaş Zeynəddinova Lətifə Balasoltan qızının döyülməsi və
digər qanunsuz hərəkətlərə məruz qalması barədə müraciətləri
əsasında Abşeron rayon Polis İdarəsində araşdırmalar aparılaraq
cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul
edilib. L.Zeynəddinova Baş prokuror tərəfindən 3, Baş prokurorun
müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti
idarəsinin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək şikayətləri
ilə bağlı müvafiq izahlar verilib.
Vətəndaş Qulami Südabə Mirzəağa qızının oğlu Vüqar Məmmədovun
tanışları Rəhim Ələkbərov və Xəqani Alıyev tərəfindən döyülməsi,
külli miqdarda əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi ilə
bağlı Bakı şəhəri BPİ-də Cinayət Məcəlləsinin 128 və 178.3.2-ci
maddələri ilə cinayət işi başlanaraq hazırda istintaq tədbirləri
davam etdirilir. S.Qulami Baş prokuror tərəfindən 1, Baş prokurorun
1-ci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti
idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək şikayətləri
ilə bağlı müvafiq izahlar verilib.
Vətəndaş Abbasova Nəzakət Talan qızının oğlu Ramal Abbasovun yol
nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına görə başlanmış
cinayət işinin icraatına xitam verilib. Nəzakət Abbasova Baş
prokuror tərəfindən 1, Baş prokurorun birinci müavini tərəfindən 3,
həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi
tərəfindən 2 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar
verilib.
Vətəndaş Hüseynov Bayraməli Mirzəhüseyn oğlunun Xəzər rayon
prokurorluğunun böyük müstəntiqi Zaur Ağakişiyevin icraatında olan
material üzrə ona qarşı qanunsuz hərəkətlərə yol verməsi və "200
saylı" MTK-nın sədri Etibar Fərziyevin qanunsuz hərəkətləri barədə
müraciətlərinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsi və Baş Prokurorluğun Təşkilat-analitik idarəsində müvafiq
qaydada baxılıb. Xəzər rayon prokurorluğunun böyük müstəntiqi
barəsində Təşkilat-analitik idarəsində aparılmış xidməti yoxlama
zamanı şikayətçinin göstərdiyi xüsusatlar öz təsdiqini tapmayıb,
eyni zamanda "200 saylı" MTK-nın sədri Etibar Fərziyevin qanunsuz
hərəkətləri barədə ayrı-ayrı vətəndaşların müraciətləri üzrə Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı
yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib, B.Hüseynovun irəli sürdüyü tələbin mülki hüquqi
xarakteri olması nəticəsinə gəlinərək, həmin xüsusat üzrə cinayət
təqibinin başlanması rədd edilib. Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi və Baş Prokurorluğun
Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi tərəfindən qəbul
edilərək ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət
etmək hüququ izah edilib.
Vətəndaş Vəliyev Tofiq Əşrəf oğlunun Abşeron rayon dəniz neft
donanma idarəsinin rəhbərliyi tərəfindən işdən qanunsuz azad
olunması, işlədiyi müddət ərzində əmək haqqının düzgün
hesablanmaması və digər qanunsuzluqlarla bağlı müraciətləri
əsasında Xəzər rayon prokurorluğunda aparılmış araşdırmalar üzrə
cinayət işinin başlanması rədd edilib. İşdən əsassız olaraq
çıxarılması məsələsinə mülki hüquqi qaydada Ali Məhkəmədə baxılıb
və iddiası təmin edilməyib. T.Vəliyev Baş prokuror tərəfindən 1,
Baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş
Prokurorluğun aidiyyəti idarənin rəhbərliyi tərəfindən 3 dəfə qəbul
edilərək şikayəti ilə bağlı müvafiq izahlar verilib.
Vətəndaş Qurbanov Xəyyam Cümşüd oğlunun əsassız olaraq cinayət
məsuliyyətinə cəlb edilməsi və istintaqı aparan müstəntiqin
qanunsuz hərəkətləri barədə müraciətlərinə baxılarkən müəyyən
edilib ki, Bakı Apellyasiya Məhkəməsinin 4 iyun 2009-cu il tarixli
hökmü ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası
Məhkəməsinin X.Qurbanov barəsində CM-in 178.3.2-ci maddəsi ilə olan
cinayət işi üzrə 28 mart 2007-ci il tarixli hökmü ləğv edilib və
təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilib.
Daxili İşlər Nazirliyi tərəfindən aparılmış xidməti yoxlama zamanı
cinayət işi üzrə ibtidai istintaq aparmış Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Musa Əliyevin
hərəkətlərində qanun pozuntusu aşkar olunmayıb. X.Qurbanov Baş
prokuror tərəfindən 3, Baş prokurorun birinci müavini tərəfindən 3,
həmçinin Baş Prokurorluğun aidiyyəti idarənin rəhbərliyi tərəfindən
3 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar
verilib.
Vətəndaş Eyyubova Zeynəb İsmayıl qızının oğlu Toğrul Eyyubovun
çaya düşərək ölməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi
ilə başlanmış cinayət işi üzrə istintaq tədbirləri Baş
Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində
davam etdirilir. Zeynəb Eyyubova Baş prokuror tərəfindən 2, Baş
prokurorun birinci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun
aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək
şikayəti ilə bağlı müvafiq izahlar verilib.
Vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların
qəbulu işi Baş Prokurorluğun rəhbərliyinin gündəlik nəzarətində
saxlanılmaqla, Baş Prokurorluq üzrə "Azərbaycan Respublikası
Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların
qəbulu işinin səmərəliliyinin artırılması haqqında" əmrin
qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün
təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması
bundan sonra da təmin olunacaq.