Yuxarı

İş və pensiya adı ilə 163 min manat mənimsədilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İş və pensiya adı ilə 163 min manat mənimsədilər

İşə düzəltmək və pensiya təyin edilməsi adı altında çoxsaylı vətəndaşın pulunun ələ keçirilməsi faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən regionlarda keçirilmiş vətəndaş qəbulu zamanı zərərçəkmiş şəxslərin müraciətləri nəzarətə götürülərək cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib və istintaqın gedişində ayrı-ayrı istintaq qurumları tərəfindən başlanmış dələduzluq faktları üzrə başlanmış 8 cinayət işi bir icraata birləşdirilib.

İstintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan rayon bölməsinin sabiq sədri Ülviyyə Balayeva və Azərbaycan Respublikası Şəhid ailələri, Əlilləri, Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri vəzifəsində işləyən İbrahim Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında 32 nəfər şəxsə işə düzəltmək və pensiya təyin edilməsinə dair yalan vədlər verməklə müxtəlif vaxtlarda onlara məxsus ümumilikdə 163 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Ülviyyə Balayeva və İbrahim Əliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Tarix
2024.01.12 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla