Yuxarı

Nazirlər Kabineti tam tərkibdə istefaya gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir

Xəbər verdiyimiz kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Axar.az xəbər verir ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən sonra ən geci 10 gün ərzində təsdiq olunması üçün nəticələri Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi də seçkilərin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir.

Konstitusiyanın 103-cü maddəsində isə qeyd olunur ki, prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Nazirlər Kabinetinin yenidən formalaşdırılması müddətinə gəlincə, Konstitusiyaya əsasən, yeni seçilmiş prezident səlahiyyətlərinin icrasına başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir.

Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabineti ən geci fevralın 3-cü ongünlüyündə tam tərkibdə istefaya gedəcək.

Tarix
2024.02.01 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla