Yuxarı

Bakıda dəmir yolu sökülür: “Gənclik”dən bulvaradək… - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dəmir yolu sökülür: “Gənclik”dən bulvaradək… - Video

15:46

Azərbaycan Dəmir Yolları QSC-nin xətlərinin söküldüyü iddia edilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, xətlər kəsilir, avtomobil yolu salınır.

QSC-dən bildirilib ki, texnika işləyən ərazi quruma məxsus deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, ərazidə agentlik heç bir iş görmür.

***

Bakıda dəmiryol xətlərinin sökülmə səbəbi bilinib.

Məlumata görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yer alan şəhərdaxili hibrid yaşıl dəhlizlərlə əlaqəlidir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, görüntüləri yayılan tikinti işləri köhnə dəmiryol xəttinin ərazisindədir:

“Hazırdakı söküntü Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında nəzərdə tutulan hibrid dəhlizlərdən biridir. Limana gedən köhnə dəmir yolu və Cavanşir körpüsündən yük stansiyasına, “Gənclik” istiqamətində bu dəhliz yaradılacaq. Bu da imkan verəcək ki, vətəndaşlar “Gənclik”dən bulvara doğru rahat şəkildə gedə bilsinlər. Eyni zamanda, ərazidən tramvay xətinin olması da planlaşdırılır”.

Tarix
2024.03.04 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla