Yuxarı

Zabuxda ilk həkim məntəqəsi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zabuxda ilk həkim məntəqəsi açıldı - Foto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Laçın rayonu Zabux kənd həkim məntəqəsinin açılışı olub.

Axar.az xəbər verir ki, açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, Laçın Rayon Mərkəzi Xəstəxanasına direktoru Orxan Cəbrayıl, Laçın Abadlıq Xidməti MMC-nin direktoru Nəsimi Ağayev, kənd icra nümayəndəsi, sakinlər, ziyalılar və tibb işçiləri iştirak ediblər.

Laçın Rayon Mərkəzi Xəstəxanasına direktoru Orxan Cəbrayıl qeyd edib ki, Zabux kənd həkim məntəqəsi modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzindən əlavə olaraq Zabux kəndinə inşa olunan ilk tibb ocağıdır:

"2023-cü ilin may ayından Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında Laçın Rayon Mərkəzi Xəstəxanası və Laçın Ailə Sağlamlıq Mərkəzi olaraq Laçında fəaliyyət göstəririk. Bu gündən üçüncü müəssisə fəaliyyətə başlayacaq. İlkin tibb məntəqəsində beş nəfərdən ibarət Zabux kənd sakini fəaliyyət göstərəcək".

Tarix
2024.03.13 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla