Yuxarı

Xaçmazda multikulturalizm tədbiri - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xaçmaz şərərində "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" adlı layihəsi çərçivəsində konfrans keçirib.

Axar.az xəbər verir ki, tədbir iştirakçıları tərəfindən ilk öncə Xocalı soyqırımı zamanı şəhid olmuş insanların xatirəsi yad edilib.

Konfransı giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələ lər şöbəsinin müdir müavini Ceyhun Musayev açaraq tədbir iştirakçılarını salamladıqdan sonra, Xaçmaz rayonun etnik-dini tərkibi haqqında məlumat verib. Natiq qeyd edib ki, Xaçmazda müxtəlif etnik xalqlar və müxtəlif dinlərin birgə yaşayışı dünya üçün bir nümunədir.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov çıxışında layihənin məqsədi haqqında məlumat verərək bidirib ki, Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği ilə bağlı ölkədə ideoloji maarifçiliyin aparılması, eyni zamanda gənclərin yad və radikal sektaların təsirindən qorunmaları üçün azərbaycançılığın təməllərindən biri olan Azərbaycan multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsinə zəruri olduğunu vurğulayıb. TUMİB sədri çıxışını davam edərək bildirib ki, Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Tədbirdə TUMİB-in idarə heyyətinin üzvü Seymur Verdizadə bildirib ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycan xüsusi həssaslıqla yanaşır ki, bu da dünya üçün bir nümunədir. Natiq qeyd edib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şimal bölgəsi üzrə aparıcı məsləhətçi Samid Seyidov isə Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

TUMİB-in layihələrin idarə olunması üzrə rəhbəri Raida Hüseynova çıxış edərək bu cür layihələrin gənclər arasında Azərbaycanın bütün bölgələrində davam etdirilməsi və Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını vurğulayıb.

Tarix
2016.02.21 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla