Yuxarı

Bir ildə 27 min nikahdankənar körpə doğulub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə hər il boşanma ucbatından minlərlə ailə dağılır. Hələ bilinənlər, sadəcə, rəsmi nikahda olanlardır. Nikahdankənar "boşanan" ailələrdə isə əksəriyyətin yaşı 18 olmadığından, onlar qanunvericilik çərçivəsində rəsmi nikaha girə bilmirlər və beləliklə boşanma statistikasına da daxil olmurlar.

Erkən nikahlar ört-basdır edilir

Erkən nikahların əksəriyyəti bölgələrin payına düşür. Bu cür şərtlərlə ailə quran gənc qızlar sosial qayğılardan kənar olmaqla yanaşı, həm də təhsildən uzaq düşürlər.

Qadın hüquqları üzrə ekspert Cəmilə Səmədova "Axar.az"a açıqlamasında bildirdi ki, əhalinin qanuni evliliyə marağı azalıb və böyük əksəriyyət molla kəbininə üstünlük verir: "Ölkədə kifayət qədər ailələr var ki, uzun illərdir evli olmalarına baxmayaraq, hələ də qanuni nikaha girməyiblər. Buna səbəb isə evlənən cütlüklərin yaşlarının nikaha düşməməsidir".

Ekspert erkən nikahların çoxluğu ilə seçilən Cənub bölgəsi ilə bağlı bildirdi ki, hazırda bu mövzuda kifayət qədər sərt tədbirlər görülməkdədir. Buna görə də indi Cənub bölgəsində heç kimi erkən nikaha məcbur etmirlər.

Qeyd edək ki, qanunvericilikdə qadını nikaha daxil olmağa məcbur edənlər 2 min manatdan 3 min manatadək cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Məsələyə münasibət bildirən ilahiyyatçı ekspert Elşad Miri və Vaqif Cəliloğlu dində erkən nikahların yaxşı qarşılanmadığını və daha çox təhsilin təbliğ edildiyini bildirdi. Ekspertlərin sözlərinə görə, bəzi insanlar bu cür hadisələri dinlə əlaqələndirərək öz əməllərinə haqq qazandırmış olurlar.

Bu cür hallarla qarşılaşan xanımlar nə etməli?

Qadın Məsləhət və Profilaktika mərkəzinin rəhbəri Fəridə Əsgərova "Axar.az"a açıqlamasında bildirdi ki, bu problemin qarşısını almaq mümkün deyil: "Hazırda kifayət qədər maarifləndirmə tədbirləri həyata keçirilsə də, insanlar öz bildiklərini edirlər. Buna təkcə Cənub bölgəsində deyil, hər yerdə, hətta paytaxtda da rast gəlmək mümkündür.

Fəridə Əsgərova Cənub bölgəsindən olan kişilərin əksəriyyətinin rəsmi nikaha girməmələrinin səbəbini Rusiyada işləmələri ilə əlaqələndiridi.

İndiki gənclər…

"Uşaq-ailə mərkəzi"nin rəhbəri Kəmalə Baxışın fikirlərinə görə, əvvəlki insanlarla müqayisədə, indiki gənclərin baxışları tamamilə fərqlənir: "İndiki uşaqların oxumağa marağı xeyli azalıb. Onlar 7-8-ci sinifdən sonra sevməyə daha çox maraq göstərirlər. İndiki qızlar fizioloji olaraq buna hazır olsalar da, psixoloji olaraq buna hazır deyillər".

Mərkəzin rəhbəri bizə ötən illə müqayisədə onlara müraciət edənlərin sayında kəskin artım olduğunu xüsusi vurğulayır: "Ötən il bizə müraciət edənlərin minimum 16 yaşı olurdusa, bu il bu rəqəm 13-14-ə enib".

Nikahdankənar doğulan uşaqların sayında artım var

Hazırda ölkədə nikahdankənar dünyaya gələn uşaqların sayında kifayət qədər artım var. Azərbaycan Respublikası Dövlət Statistika İdarəsinin rəsmi saytında göstərilir ki, təkcə ötən il ərzində nikahdankənar 27.031 körpə dünyaya gəlib. 2000-ci ildə isə bu rəqəm 6.282 olub.

Erkən nikahların səbəbkarları valideynlərdir

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1 , 60.2, 60.3, 60.4. bəndlərində deyilir ki, valideynin "valideynlik hüquqları" olsa da, onlar heç bir halda övladlarının mənafeyinə, mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirəcək hallara yol verməməlidir. Valideynlər övladlarını istismar və istəmədikləri bir şeyə məcbur edə bilməzlər. Amma bəzi valideynlər öz övladlarının erkən, həm də qeyri-rəsmi nikahına icazə verirlər.

Qeyd edək ki, qanun layihəsi çərçivəsində nikah yaşının 18 yaşa qaldırılması və müəyyən cərimələrin tətbiq olunması ilə bu cür halların azalacağı düşünülsə də, bu nikahların sayı heç də azalmayıb. Hər il ölkədə minlərlə azyaşlı qızlar təhsildən uzaqlaşdırılaraq erkən nikahların qurbanına çevrilir.

Tarix
2013.10.31 / 16:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla