Yuxarı

MN-dən Aprel döyüşləri barədə açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN-dən Aprel döyüşləri barədə açıqlama

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşlərindən 8 il ötür. Ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğradı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi azad edildi, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"Parlaq tarixi qələbələrimizdən olan, hərb tariximizə qızıl hərflərlə yazılan, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyaya dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini nümayiş etdirdi.

Bu qələbə Ermənistanın uzun illər ərzində öz ordusunun məğlubedilməzliyi haqqında yaratdığı mifi darmadağın etdi.

Lakin mənfur xislətindən yaxa qurtara bilməyən və Aprel döyüşlərindən dərs çıxarmayan düşmən yenidən öz çirkin niyyətlərini həyata keçirir, müxtəlif istiqamətlərdə təxribatlara əl atırdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlar törətməsinə, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olundu və bütün şəhidlərimizin qisası alındı, öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın qayıdışı Böyük Qələbənin tacı oldu.

Bu gün tarixin ən şanlı mərhələsini yaşayan Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi daim xatırlanacaq", - məlumatda qeyd edilib.

Tarix
2024.04.02 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla