Yuxarı

Bu idman kompleksinin tikintisində pozuntular aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu idman kompleksinin tikintisində pozuntular aşkarlandı

Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatı açıqlanıb.

Hesablama Palatasından Axar.az-a verilən məlumata görə, Hesablama Palatası tərəfindən aşkar edilmiş pozuntuların aradan qaldırılması çərçivəsində “Neftçala rayonunun Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə podratçıya artıq ödənilən 287,7 min manat vəsaitin 206,0 min manatının birbaşa dövlət büdcəsinə ödənildiyinin, 42,8 min manat dəyərində işlərin yerinə yetirilərək bərpa edildiyinin və 38,8 min manat dəyərində idman və mebel avadanlıqlarının digər lazımi avadanlıqlarla əvəzləşdirildiyinin nəzərə alınması, Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi təklif edilib.

Eyni zamanda maliyyə (mühasibat) uçotu sahəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması və görülmüş digər işlər barədə bir ay müddətində Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq Kollegiya Qərarı ilə təsdiq edilən Auditor hesabatının surətinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə göndərilməsi və “n Milli Məclisinə auditin nəticələri barədə məlumat verilməsi təklif edilib.

Tarix
2024.04.08 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla