Yuxarı

Vüqar Gülməmmədov MM-də hesabat verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüqar Gülməmmədov MM-də hesabat verdi

11:45

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.

Hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4, Milli Məclisin deputatlarının fikirləri əsasında 2 yeni tədbir əlavə olunub. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyətlə bağlı 45 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib, 1 analitik fəaliyyətin nəticələri rəsmiləşdirilməyib.

Hesabat ilində audit fəaliyyəti sahəsində auditin hər üç növü - səmərəlilik, maliyyə, uyğunluq auditi tətbiq olunmaqla ümumilikdə 41 audit başa çatdırılıb, bir neçə auditdə informasiya sistemi auditinin bəzi elementlərindən istifadə olunub.

Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar edəcəklər.

***

Milli Məclis Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatını qəbul edib.

Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar ediblər, təkliflər səsləndiriblər.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Tarix
2024.04.19 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla