Yuxarı

Artıq internetsiz də ödəniş mümkündür - Hesab.az

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın onlayn ödəmələr bazarının böyük şirkətlərindən olan "GoldenPay" ASC "Hesab.az" protalının yeni vizual görünüşünü təqdim edib.

Publika.az xəbər verir ki, bu gündən etibarən portal yeni dizaynda istifadəyə verilib. Bununla bağlı keçirilən mətbuat konfransı portalın təqdimat video-çarxı ilə başlayıb.

Video-çarxda Hesab.az-ın yeni əsas konsepsiyası olan "Vaxtınıza dəyər verin" mesajı ön plana çəkilib. Video-çarxın rejissoru Emil Quliyev çıxışında uzun zamandır "Hesab.az" istifadəçisi olduğunu və "Hesab.az"ın yeni konsepsiyasının təqdimat videosunun hazırlanması ilə bağlı təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib. Mətbuat konfransında şirkətin rəhbəri Fərid İsmayılzadə "Hesab.az"ın yeni stili ilə bağlı jurnalistlərə ətraflı məlumat verərək, portalın qarşıdakı hədəflərini açıqlayıb:

"Hər zaman inanmışam ki, insan texnologiyanın edə biləcəyi işlərə görə vaxt itirməməlidir. Əgər texnologiyadan istifadə edərək, hər hansı ödəniş aparmaq və ya xidməti almaq üçün 10-15 saniyə kifayət edirsə, niyə buna saatlarla vaxt itirilməli, enerji sərf edilməlidir?! Elə bu ideyanın əsasında biz 2011-ci ildə "Hesab.az" portalını yaratdıq. Bizim üçün heç vaxt şirkətin kommersiya maraqları üstün olmayıb. Bizim əsas məqsədimiz insanların vaxtlarına qənaət edərək onu daha səmərəli keçirmələri və ailələrinə, sevdiklərinə daha çox vaxt ayırmalarıdır. Elə ilk video-çarxımızda da məhz ailə mövzusunu önə çəkdik. Qarşıda yeni video-çarxların çəkilişi də nəzərdə tutulub. Yeni video çarxlarda isə "Hesab.az"dan istifadə etməklə qənaət edilən vaxtı daha səmərəli dəyərləndirməyin mümkünlüyünü nümayiş etdirəcəyik".

F.İsmayılzadə il ərzində saytın tamamilə yenilənəcəyini deyib:

"Hesab.az"ın yalnız görüntüsünü deyil, həm də texnoloji imkanlarını yeniləyəcəyik. Demək olar ki, bu istiqamətdə görülən işlərin yarısı tamamlanıb. Növbəti ildə isə biz onlayn xidmətlərimizin sayını artırmağı planlaşdırırıq. "Hesab.az" istifadəçiləri aviabilet daxil olmaqla, alış-veriş etmək imkanına qədər, bir çox xidmətləri bir məkandan əldə edə biləcəklər".

F.İsmayılzadə yeni istifadəyə verilmiş "Lite.hesab.az" USSD sistemini də təqdim edib. O bildirib ki, bu sistem internet olmadan Baksell və Nar abunəçilərinə "Hesab.az"dan istifadə etmək imkanı verir:

"Lite.hesab.az"da qeydiyyatdan keçmiş Baksell və Nar abunəçiləri *713# yığmaqla USSD menudən istifadə edərək rahat şəkildə ödənişlərini edə bilərlər".

Şirkət rəhbəri bildirib ki, 2011-ci ildə "Hesab.az"ın dövriyyəsi 1.3 milyon civarında idisə, indi bu rəqəm 15 milyonu keçib. İldən-ilə istifadəçilərin sayını artıran şirkət daha rahat və az vaxtda işlərini həll etmək imkanı yaratdığını bildirib. Portalın yeni dizaynını hazırlayan "SAFAROFF Creative Agency" şirkətinin qurucusu Çingiz Səfərov "GoldenPay"lə işləməkdən məmnun olduğunu bildirib:

"GoldenPay" müasir və yenilikçi şirkətdir. Bu şirkət üçün insanların vaxtına qənaət etməsi əsas amil olduğundan işimizdə bunu nəzərə almışıq. "Hesab.az" brendinin yeni stilini də məhz bu amili əsas tutaraq hazırlamışıq".
Qeyd edək ki, 215 mindən çox istifadəçisi olan "Hesab.az" 100-dən çox xidmət növünə bank kartları vasitəsilə ödənişlər təqdim edir. Hər ay 15 mln manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsilə həyata keçirilir.

Tarix
2016.03.09 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

Bu ərazilər Azərbaycana qaytarılır: ermənilər xəritə yaydı - Foto

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

İlham Əliyevin müdrikliyi sayəsində... - Rusiya səfiri

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

İlham Əliyev Filippin prezidentini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla