Yuxarı

Bizdə sürət qatarıdırsa, Yaponiyadakı nədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizdə sürət qatarıdırsa, Yaponiyadakı nədir?

Bəzən “sürətli” ilə “yüksək sürətli” qatar anlayışı səhv salınır. Amma fərqlidir. Azərbaycanda sürətli dəmir yollarıdır.

Bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Azərbaycanda sürət qatarları və sürətli dəmir yolları haqda danışarkən deyib.

“Marşrut boyu sürəti 91 km/s-dən çox və marşrutun ən azı bir hissəsində maksimum sürət 141 km/s-dən çox, lakin 200 km/s-i aşmayan hədd sürətli dəmir yolu adlanır. Maksimum sürət 200 km/saatı keçərsə, belə bir xətt yüksək sürətli sayılır. Azərbaycanda isə sürət həddi 100-140 km/saatdır. Göründüyü kimi, maksimal sürət 140-dır və bu, sürətli dəmir yol hesab olunur. Yüksək sürətli üçün gərək yüksək də sərnişin axını olsun. O növ dəmir yolları ayrı olur. Orada yalnız sərnişin qatarları hərəkət edir, bizdə isə kombinə olunmuşdur, yük və sərnişin qatarı eyni yolda hərəkət edir”.

Ekspert bildirib ki, yüksək sürətli sərnişin daşımanın qiyməti də baha olur və indiki halda Azərbaycanda buna ehtiyac yoxdur.

Tarix
2024.06.17 / 13:52
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla