Yuxarı

Fəzail İbrahimliyə sürpriz: YAP ona qarşı bu gənci çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fəzail İbrahimliyə sürpriz: YAP ona qarşı bu gənci çıxardı

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədlərinin siyahısını elan edib.

Axar.az xəbər verir ki, YAP 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Aqil Aslanovun, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Aytən Əliyevanın namizədliyini irəli sürüb.

1994-cü il təvəllüdlü Aytən Əliyeva biologiya müəllimidir, rayonda bir neçə məktəbdə çalışıb, 2019-cu ildə Masallı Şəhər Bələdiyyəsinə üzv seçilib. 2020-ci il Milli Məclis seçkilərində müstəqil namizəd kimi iştirak edib. 2020-ci ildən Masallı rayon Musaküçə kənd tam orta məktəbində dirktor müavini vəzifəsində çalışır. Masallı rayonu YAP Gənclər Birliyinin və Masallı rayon Təhsil Şöbəsi yanında Təhsilə İctimai dəstək Qrupunun üzvüdür.

Aqil Aslanov haqda isə açıq mənbələrdə məlumat yoxdur.

Qeyd edək ki, Sabir Rüstəmxanlının rəhbəri olduğu Vətəndaş Həmrəyliyi Partiyasından 6-cı çağırış MM-in deputatları olan Fəzail İbrahimli 73 saylı dairədən, Rafael Hüseynov isə 63 saylı dairədən namizədliyini irəli sürüb. Sabir Rüstəmxanlı özü namizədliyini verməyib, əvəzində xanımı Tənzilə Rüstəmxanlı onun ötən seçkilərdə seçildiyi dairədən - Neftçaladan namizəd olub.

R.Hüseynovun ciddi rəqabətlə üzləşəcəyi ehtimalı az olsa da, F.İbrahimli haqda bunu demək çətindir. A.Əliyeva gənc olsa da, rayonda tanınır, həmçinin şəhər bələdiyyəsinin 5 ildir üzvüdür.

Tarix
2024.07.17 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla