Yuxarı

“Azpulmanat”ın özbaşınalığı: Zəng edib, hədələyirlər…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtların ən böyük probleminə çevrilmiş Azpulmanat MMC kredit təşkilatından şikayətlər bitmək bilmir.

Axar.az xəbər verir ki, şikayətlərdən biri də Azpulmanat MMC əməkdaşlarının borclunun yaxınlarına, hətta tanımadığı adamlara zəng vuraraq təhdidlə danışması, qışqırıb-bağırması, borcu tələb etməsidir. Zəng vurduğu adamın kimliyini bilmədən bu təhdidin məntiqi anlaşılmazdır.

Belə ki, “Azpulmanat”dan pul götürmək üçün qeydiyyatdan keçən vətəndaşdan onun telefonuna giriş icazəsi istənilir. Kredit gecikdiriləndə isə həmin şəxsin telefonunun yaddaşında olan bütün nömrələrə zəng edib, hədə-qorxu gəlinir, guya onun nömrəsinin “zamin” kimi qeydə alındığı bildirilir.

Məsələ ilə bağlı Azpulmanat MMC-nin özünə müraciət ünvanladıqda “Əgər sizə zəng gəlirsə, bizə bildirin, nömrənizi silək” deyilir. Dolayısı ilə özləri də təsdiq edir ki, telefonun yaddaşındakı əlaqə nömrələrinə müdaxilə edirlər və istədikləri nömrəyə zəng etmək “hüququnu” özlərinə tanıyıblar.

Hüquqşünas Şamil Paşayev bildirib ki, borclu şəxsin telefonuna müdaxilə edərək, zamin durmayan şəxsə zəng vurulması qanunsuzluqdur:

“Bu halla qarşılaşan vətəndaş məhkəməyə müraciət edə bilər“.

Tarix
2024.07.23 / 13:46
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

Əliyevlə Tokayev bir-birini təbrik etdi

Bu ölkədə səfirliyimiz açıldı, nazir iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla