Uşakov: Putin və Tramp Çində görüşə bilər
15:52
| Ana səhifə Toplum |
|
Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesinə başlanılıb. Avtobusların ilk partiyası artıq Bakı şəhərinə çatıb.
Axar.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub” - məlumatda deyilir.
Qeyd edək ki, avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə buraxılması planlaşdırılır.
|
Tarix
2024.08.19 / 18:13
|
Müəllif
Axar.az
|