Yuxarı

Azərbaycan və Tacikistan arasında birbaşa aviareyslər açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Tacikistan arasında birbaşa aviareyslər açılacaq

Bakıda Tacikistanın Azərbaycandakı səfiri İlham Abdurahman ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib, görüşdə iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsi qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş zamanı elektron hökumətin və rəqəmsal texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi, regional nəqliyyat kommunikasiyaları çərçivəsində əməkdaşlığın əlaqələndirilməsi məsələləri müzakirə edilib, o cümlədən Orta Dəhliz üzrə yük axınının artırılması məsələsinə toxunulub.

Qurumdan verilən informasiyaya görə, görüşün digər mövzusu Düşənbə-Bakı-Düşənbə marşrutu üzrə uçuşların bərpası olub.

“Abdurahman və Nəbiyev həmçinin bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Tacikistanın sənaye seqmenti nümayəndələrinin iştirakını müzakirə ediblər”, - məlumatda deyilir.

Tarix
2024.08.30 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla