Yuxarı

Bu deputatların maaşı artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu deputatların maaşı artdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının aylıq vəzifə maaşı artıb.

Axar.az Report-a istinadən xəbər verir ki, yeni çağırış deputatların aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək. Əvvəllər Ali Məclisin deputatları Məclisin qərarı ilə müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılarsa, yeni qaydalara əsasən, Naxçıvan deputatlarının maaşının məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda qeyd olunacaq.

Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizi (3163 manat), sədrin müavini 90 faizi (2997), komitə sədri 65 faizi (2164 manat), komitə sədrinin müavini 60 faizi (1998 manat), sıravi deputat isə 50 faizi (1665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.

Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1,5 misli həcmində vəzifə maaşına əlavə alırlar.

Həmçinin Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət veriləcək.

Tarix
2024.11.18 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla