Yuxarı

Adı "İşsizlikdən Sığorta Fondu"dur, vəsaitləri isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adı "İşsizlikdən Sığorta Fondu"dur, vəsaitləri isə...

Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunur.

Axar.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı danışıb.

Onun sözlərinə görə, növbəti il İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 76%-i özəl sektorun payına düşəcək.

Deputat Fondun xərclərində də işsizlikdən sığortaya görə ödənilən vəsaitlərin həcminin 17 milyon manat proqnozlaşdırıldığını söyləyib:

“Bu da İşsizlikdən Sığorta Fondunun xərclərinin 6,5%-i deməkdir, qalan 93,5% digər istiqamətlərə yönəldiləcək. Yəni Fondun adında “işsizlikdən sığorta” sözü olsa belə, Fondun xərclərindən işsizlikdən sığortaya ayrılan vəsait ümumi xərclərin cəmi 6,5%-idir. Ona görə də Fondun adının dəyişdirilməsini təklif edirəm. Sahil Babayev də bildirmişdi ki, növbəti il 77 milyon manat özünüməşğulluq proqramına yönəldiləcək. Əgər İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən özünüməşğulluğa yönəldilirsə, ya Fondun adına yenidən baxılmalı, ya da bütövlükdə meyarlar dəyişdirilməlidir”.

Tarix
2024.11.21 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla