Yuxarı

Taksi qiymətlərində yenidən dəyişiklik - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi qiymətlərində yenidən dəyişiklik - Video

Taksi operatorlarının qiymətləri artıb. Son günlər enən qiymətlər yenidən öz köhnə vəziyyətinə qayıdıb.

Axar.az xəbər verir ki, sərnişinlər bildirib ki, keçən həftəsonundan artıq qiymətlərdə 30-40 faiz artım var.

Qiymət dəyişikliyini sürücülər də təsdiq edirlər. Qiymətlərdə yaranan fərqin isə şirkətlər tərəfindən tənzimləndiyini bildirirlər.

Sürücülər qiymət artmasının bəzi səbəblərinin olduğunu bildirirlər. Onlar hətta yaxın günlərdə qiymətin bir az da artacağını istisna etmirlər.

Məsələ ilə bağlı taksi şirkətlərindən bildirilib ki, COP29 tədbiri və bayram tətili ilə əlaqədar Bakıdan əhalinin kütləvi axını olub. Bu, yollarda tıxacların azalması səbəblərindən biridir. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb. Amma hazırda iş və dərslərin başlaması, tıxacların artması ilə əlaqədar olaraq taksilər də öz iş tempinə qayıdıb. Buna görə də qiymətlərdə müəyyən qədər dəyişikliklər var.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Tarix
2024.11.26 / 02:27
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla