Yuxarı

Bakıda yağış: bu yollarda sıxlıq yarandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yağış: bu yollarda sıxlıq yarandı

Hazırda paytaxtda müşahidə edilən yağışlı hava şəraiti səbəbindən yollarda nəqliyyat vasitələrinin hərəkət sürəti azalıb. Bu səbəbdən bir neçə küçə və prospektdə sıxlıq müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edilib ki, ancaq bəzi sürücülərin avtomobil idarə edərkən düzgün ara məsafəsi saxlamaması səbəbindən bir neçə yol-nəqliyyat hadisəsinin baş verməsi, texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması da sıxlıq olmayan yollarda belə nəqliyyatın hərəkətində problemlər yaradıb. NİİM əməkdaşları müşahidə kameraları vasitəsilə yollardakı vəziyyəti nəzarətdə saxlayır, sıxlıqların aradan qaldırılması məqsədilə yol polisi tərəfindən tədbirlər görülür.

Hazırda yollardakı vəziyyət:

1. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

2. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

9. Akademik Həsən Əliyev küçəsi, Tiflis prospekti istiqamətində;

10. Akademik Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

11. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

13. Tiflis prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

14. Tiflis prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Tarix
2024.12.03 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla