Yuxarı

Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?

Ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi" forumunda çıxışı zamanı deyib.

"Universitetlərin reytinqlərinin formalaşmasında ali təhsil müəssisəsinin reputasiyası, işəgötürülənlərin universitet haqqında fikirləri, tədqiqat komponentinin həcmi, müəllim və tələbə sayı, xarici tələbə və müəllim sayı kimi indiqatorlar nəzərə alınır. Bizdə bütün indiqatorlar üzrə müsbət dinamika olsa da, tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılır, amma pərakəndə şəkildədir. Tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi artacaq", - deyə nazir bildirib.

Nazir, həmçinin qeyd edib ki, universitetlərin sayı çox , aparılan tədqiqat sayı isə azdır: "Buna görə də universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır.

Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq".

Tarix
2024.12.11 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İsrail prezidenti ilə görüşdü - Foto

SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək

İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...

Tramp İlham Əliyevə məktub göndərdi

Məşhur amerikalı analitikdən Əliyevlə bağlı möhtəşəm sözlər

İlham Əliyev Davosda Adrian Makdonaldla görüşdü - Foto

İlham Əliyev Davosda Çexiyanın baş naziri ilə görüşdü

Prezident Davosda Konnor Teski ilə görüşdü

Sülh şəraitində yaşamağa öyrəşirik - Prezident

Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla