Yuxarı

Haniyəyə sui-qəsd: İsrail Ərdoğandan qorxub...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehrandakı qonaq evində kondisionerin xarab olması az qala İsrailin HƏMAS lideri İsmayıl Haniyəyə sui-qəsd planını pozacaqmış.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” saytı məlumat yayıb.

Saytın məlumatına görə, Haniyəni aradan götürmək qərarı İsrail tərəfindən 2023-cü il 7 oktyabr hadisəsindən dərhal sonra verilib. Əsas məsələ sadəcə nə vaxt olacağı idi.

Qeyd olunub ki, Haniyənin harada öldürülməsi variantları arasında onun getdiyi üç yer - Türkiyə, Moskva və Tehran var imiş.

Lakin İsrail Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın reaksiyasından qorxduğu və eyni şəkildə Rusiya Prezidenti Vladimir Putini qəzəbləndirmək istəmədiyi üçün ən uyğun variant olaraq İranı seçib.

Haniyənin Tehranın şimalındakı yerləşən SEPAH-ın qonaq evində dəfələrlə qalması əməliyyatı planlaşdırmağı asanlaşdırıb.

İlkin plan Haniyəni helikopter qəzasında həlak olan keçmiş İran Prezidenti İbrahim Rəisinin dəfn mərasimi zaman öldürmək olsa da, mülki şəxslərin də ölümünə səbəb ola biləcəyi narahatlığı ilə bundan imtina edilib. İsrail əməliyyatı Haniyənin yeni İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində həyata keçirməyi qərara alıb.

Agentlər Haniyənin yataq otağında partlayıcı qurğu quraşdırırlar. Lakin planlaşdırılmış partlayışdan qısa müddət əvvəl Haniyənin otağındakı kondisioner xarab olur və o, kömək istəmək üçün otağını tərk edir. Onun uzun müddət otağa qayıtmadığını görən agentlər Haniyənin başqa bir otağa keçdiyindən narahat olurlar, çünki bu, bütün əməliyyatın məhv olması demək olardı.

Bir müddət sonra kondsioner təmir edilir və Haniyə otağına qayıdır. Təxminən gecə saat 01:30-da partlayıcı qurğu işə salınır. Partlayış Haniyənin qaldığı otağın divarında böyük deşik açır.

Gələn təcili tibbi yardım heyəti Haniyənin öldüyünü təsdiqləyir.

Qətldən sonra SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaani İranın dini lideri Əli Xameneiyə zəng edərək, Haniyənin İsrailin raket hücumu nəticəsində öldürüldüyünü xəbər verir. Xamenei dərhal İsraillə qarşılıq vermək əmrini verir.

Lakin qonaq evi yoxlanılan zaman Haniyənin ölümünün raketlə heç bir əlaqəsi olmadığı aydın olur.

Analitiklər sui-qəsd əməliyyatının mürəkkəbliyini nəzərə alaraq bunun təkcə İsrail agentləri tərəfindən həyata keçirilməsinin mümkün olmadığını, bu əməliyyatda üçün İran vətəndaşları, SEPAH üzvləri və ya HƏMAS rəsmi şəxslərinin iştirak edə biləcəyini bildirirlər.

Buna görə cavab əməliyyatı təxirə salınır, yalnız iki ay sonra, oktyabrın 1-də İran İsrailə qarşı raket hücumu həyata keçirir.

Qeyd edək ki, HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda qaldığı qonaq evində baş verən partlayış nəticəsində öldürülüb.

Tarix
2024.12.29 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda 44 günlük müharibə ilə bağlı araşdırma başa çatdı

Rusiyadan Azərbaycana qarşı daha bir təxribat - Gərginlik artır

Sahibə Qafarova Fələstin səfiri ilə görüşdü - Foto

Bir hissəsi Azərbaycan ərazisinə düşən Kirants - Foto

Pezeşkian Əliyevə “barışdınız” deyərkən, nəyi qəsd etdi?

Azərbaycan bu ölkədə səfirlik açır

Kremldən Əliyev və Putinin salamlaşmasına - Reaksiya

Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Çindəki paraddan görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla