Yuxarı

Elşad İsgəndərov: “Səbəb İlham Əliyevdir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elşad İsgəndərov: “Səbəb İlham Əliyevdir”

Əgər Ermənistandan insanlar aclığa görə ölkəni tərk edirsə, bu, Prezident İlham Əliyevin Xocalıya görə aldığı intiqamın nəticəsidir.

"Axar.az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Elşad İsgəndərov Qafqaz Müsəlmanları İdarəsinin "Xocalı Soyqırımı"nın 22-ci ildönümü ilə əlaqədar keçirdiyi tədbirdə deyib.

O bildirib ki, bu hadisə millətimizə qarşı yalnız soyqırım olmadı , həm də xalqımızın ruhunu, iradəsini sındırdı:

"Lakin, 22 il keçməsinə baxmayaraq, bu hadisə hər bir azərbaycanlının qan yaddaşına yazılıb. Bu ədalət bərpa olunmayana qədərə nə şəhidlərimizin ruhu şad olnayacaq, nə də milli kimliyimiz özünü sübut etməyəcək".

Komitə sədri "Xocalı Soyqırımı"nın beynəlxalq səviyyədə tanıdılması, hüquqi qiymət verilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 5 ildir aparılan "Xocalıya Ədalət" kampaniyasının böyük rolu olduğunu deyib.

Elşad İsgəndərov sözlərinə əlavə edib ki, artıq bir neçə ölkənin parlamenti Xocalıdakı hadisəni soyqırım kimi tanıyıb və bu istiqamətdə işlər bundan sonra da aparılacaq:

"Leyla Əliyeva Xocalı soyqırımı günündə hər iki valideynini itirən 25 uşaqla görüşəcək, onların qayğısı ilə maraqlanacaq. İnanıram ki, bütün ölkə üzrə dini icmalar da şəhid ailələrini, Qarabağ qazilərini ziyarət edəcəklər".

O, sonda əlavə etdi ki, bu gün əgər Ermənistandan insanlar aclığa görə ölkəni tərk edirsə, bu, Prezident İlham Əliyevin Xocalıya görə aldığı intiqamın nəticəsidir.

Tarix
2014.02.18 / 12:11
Müəllif
Hüseyn
Digər xəbərlər

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla