Yuxarı

Hansı metrostansiyalar yerin üstündə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda yaxın gələcəkdə 10 yeni metrostansiyanın inşası nəzərdə tutulur. Həmin stansiyalar Bakının müxtəlif istiqamətlərində inşa ediləcək. Hazırda quruluş və struktur baxımından stansiyaların demək olar ki, hamısı (“Bakmil” və Xocəsən” istisna olmaqla) yerin altında yerləşir və qatarların hərəkəti də məhz yeraltı hərəkət formasındadır.

Axar.az xəbər verir ki, dünyanın bir çox ölkələrində metro stansiyalarının böyük qismi yerin üstündə yerləşir.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov bildirib ki, metro yerin səthi ilə hərəkət etdikdə çox zaman bəzi maneələr yaradır:

“Hər bir şəhərin özünəməxsus xüsusi relyefi var və planlaşdırma zamanı qazıntılardan asılı olaraq, müəyyən dərinlik məsafəsi meydana gəlir. Dərinlikdən asılı olaraq, metrolarda qatarların hərəkət sürəti bir balaca məhdudlaşır. Əgər relyef imkan verirsə, stansiyanın yer üstündə olması mümkündürsə, bunu edirlər.

Dünyada elə şəhərlər var ki, relyeflərə uyğun olaraq, bəzi stansiyalar yerin üzərindədir. Tiflisdə, Moskvada belə metrostansiyalar var. Ancaq Azərbaycanda relyef buna imkan vermir. Həm də metro yerin üstündən keçəndə müəyyən kommunikasiyalara maneçilik törədir”.

Ekspertin fikrincə, gələcəkdə bəzi metrostansiyalar yerin üstündə inşa edilə bilər:

“Bakmil” və “Xocəsən”də metronun üzdən getməsinin səbəbi isə hər iki stansiyada deponun olması ilə bağlıdır. Depolarda vaqonların təmiri və yerləşməsi üçün yerlər olur. Azərbaycanda bir neçə yerdə yeni depo-stansiyaların inşası nəzərdə tutulub. Ola bilsin ki, həmin stansiyalara doğru metro yerin üstü ilə hərəkət etsin. Amma tikintisi nəzərdə tutulan digər stansiyalar xəttin davamı olduğu üçün yerin altı ilə hərəkət edəcək.

Gələcəkdə şəbəkənin daha da genişləməsini nəzərə aldıqda təbii ki, hansısa stansiyalar yerüstü inşa edilə bilər. Bu həmin ərazilərin geoloji müayinəsindən və Bakı şəhərinin baş planından asılıdır”.

Tarix
2025.01.14 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla