Yuxarı

Xankəndidə 20 Yanvar faciəsinin qurbanları anıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı ilin yanvarında sovet qoşunlarının Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlərdən danışıb. O bildirib ki, 35 il keçsə də, törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir.

2020-ci il Vətən müharibəsində qazanılan böyük qələbə və Azərbaycanın öz ərazi bütövlüyü ilə suverenliyini tam bərpa etməsi məhz xalqın mübarizliyinin göstəricisi kimi qiymətləndirilib.

Direktor qeyd edib ki, bu zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. 35 il əvvəl Bakının Ramana qəsəbəsində fəaliyyət göstərən Xankəndi məktəbi də bu gün doğma məkanda şagirdlərə təhsil verir.

Daha sonra məktəb şagirdlərinin ifasında "Axı biz neyləmişdik?" adlı ədəbi-bədii kompozisiya təqdim olunub, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər emosional səhnəciklərlə nümayiş etdirilib.

Tarix
2025.01.16 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

XİN başçılarının geniş tərkibdə görüşü oldu - Foto

COP29 ərzində Azərbaycanı hədəfə almışdılar - Bayramov

XİN başçılarının üçtərəfli görüşü... - Boçorişvili

Ermənistan Konstitusiyasında bu təhdidlər hələ də var

Zaxarova təyyarə qəzasından danışdı: Lavrovun dediyi kimi...

TDT ölkələri gömrükdə bu sistemləri tətbiq edəcək

Bu layihəyə qoşulmaq istəyən yeni ölkələr var - Bayramov

Gürcüstan Bakıda yeni səfirlik binası inşa edəcək

Nə üçün bu qərar Bakının razılığı olmadan verilir? - Zaxarova

İrəvanın Zəngəzur dəhlizinə reaksiyası... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla