"Aİ-95" markalı benzinin qiyməti artacaq?
20:51
Ana səhifə Toplum |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri Müseyib Fayaz oğlu Əliyev vəzifəsindən azad edilib.
Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, 29 may 2024-cü ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Sadiq Əliyev təyin olunub.
Xatıradaq ki, Müseyib Əliyev 2021-ci ilin sentyabr ayından Dövlət Məşğulluq Agentliyində çalışıb. O, AtaSığorta ASC-nin İdarə Heyətinin sədri və Azərpoçt MMC-də müxtəlif vəzifələrdə çalışıb.
Tarix
2025.01.16 / 17:22
|
Müəllif
Axar.az
|