Yuxarı

Elmin İnkişafı Fondunun direktoru cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Elm Fondu" Publik Hüquqi Şəxsi barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

İşə 28.01.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Mehriban İmanovadır.

Tarix
2025.01.16 / 22:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu Afrika ölkəsi arasında müzakirə aparıldı

Azərbaycanlı hərbçi Donetskdə yaralandı

Mirzoyanın nə imzalamasının fərqi yoxdur: Fakt budur ki…

XİN başçılarının geniş tərkibdə görüşü oldu - Foto

Bizi cəzalandırmaq niyyətlərini ortaya qoyurlar - Bayramov

XİN başçılarının üçtərəfli görüşü... - Boçorişvili

Ermənistan Konstitusiyasında bu təhdidlər hələ də var

Zaxarova təyyarə qəzasından danışdı: Lavrovun dediyi kimi...

TDT ölkələri gömrükdə bu sistemləri tətbiq edəcək

Bu layihəyə qoşulmaq istəyən yeni ölkələr var - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla