Yuxarı

Meymunçiçəyinə yoluxan şəxslə bağlı şok: Cinsi əlaqə zamanı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meymunçiçəyinə yoluxan şəxslə bağlı şok: Cinsi əlaqə zamanı...

Meymunçiçəyində virus daha çox cinsi əlaqədən sonra bir nəfərdən digərinə ötürüldüyü üçün səpgilərin həmin nahiyədə, yəni cinsi orqan və ətrafında yaranması ehtimalı xarakterikdir.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycanda ilk dəfə meymunçiçəyinə yoluxma faktını aşkarlayan, dermatoloq, həkim Mehdi İskəndərli deyib.

Həkim qeyd edib ki, həmin şəxs daha öncə bir neçə dəfə fərqli şikayətlərlə qəbulunda olub:

"Pasiyent bu dəfə bizim klinikaya yanvarın 17-də səhər saatlarında müraciət etdi. Onun ümumi vəziyyəti, demək olar ki, kafi idi. Xəstə əzələ ağrısı, limfa vəzilərində böyümə şikayətləri ilə bizə müraciət etmişdi. Müayinə əsnasında onun cinsi orqan bölgəsində göbəklənən vezikulyasiya dediyimiz orta hissəsi çökmüş su qabarcıqları ilə dolu səpgilərin yarandığı məlum oldu. Bu səpgilər birincili herpes, suçiçəyinə bənzəsə də, anamnestik məlumatlar işığında daha çox meymunçiçəyi virusundan şübhələndik. Eyni zamanda, xəstəyə infeksionistin qəbulunda olmağı da məsləhət gördük. Həmin gün təxminən axşam saat 18 radələrində nəzarətdə saxladığım xəstənin nəticələri bəlli oldu və onun meymunçiçəyi virusuna yoluxduğu aşkarlandı".

Mehdi İskəndərli vurğulayıb ki, sözügedən şəxs iki həftə öncə xarici ölkədə turistik məqsədlə səfərdəykən dərisində su qabarcıqları şəklində səpgilər olan biri ilə təmasda olub:

"Bu məlumatların üstünə klinik əlamətləri də nəzərə aldıqda xəstənin meymunçiçəyinə yoluxduğunu ehtimal etdik".

Tarix
2025.01.23 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

“Zəngəzur Orta Dəhlizə rəqibdir” deyənlər... - Mamaladze

Bununla Avropa Parlamenti gerçək simasını aşkara çıxardı...

Bakıdan qayıdan kimi bu sözləri yazdı…

Vardanyanın “son sözü”: Bakıda bu şüarı deyibmi?

Qərb Qafqazda güclənir, gərginlik artır – KTMT

Əliyev xartiya imzaladı: güclənir... - Moskvadan baxış

Fuad Qəhrəmanlının pul almasının görüntüləri... - Video

Azərbaycanın gələcəyi üçün bu istiqamət prioritetdir...

Gültəkin Hacıbəyli Bakıda: niyə həbs olunmadı?

Bu şəxslər də “Mehdiyev işi”ndədir – Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla