Yuxarı

Nazirliyin işçilərinin təhqir edildiyi klinika fəaliyyətdədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin işçilərinin təhqir edildiyi klinika fəaliyyətdədir

Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən, klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür. Yəni iş gedir, hələ qərar icra edilməyib.

Bu barədə Axar.az-ın rəsmi sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qurumdan vurğulanıb ki, klinikanın fəaliyyətinin məhdudlaşdırıldığı ilə bağlı xəbərdə yanlışlıq yoxdur:

“Bu, saytda dərc olunubsa, demək, rəsmi xəbərdir. Kimin nə deməsindən asılı olmayaraq, məlumat doğrudur”.

Qeyd edək ki, Laser Beauty Estetik Klinikası MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanovanın köməkçisi nazirliyin yaydığı məlumatı Oxu.az-a təkzib edib və fəaliyyətlərini davam etdirdiklərini iddia edib:

“Saytlarda gedən məlumat yanlışdır. Yayılan xəbərlər nazirliyin (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin) rəsmi məlumatı deyil”.

Bundan öncə sözügedən klinikada çoxsaylı qanun pozuntuları aşkarlandığı üçün fəaliyyətinin dayandırılması istiqamətində addımlar atıldığı ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi açıqlama yaymışdı.

Tarix
2025.01.24 / 15:24
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla