Yuxarı

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video

Paytaxtın Nizami və Xətai rayonları ərazisində soyğunçuluq faktları qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərin pul vəsaitlərini və iki mobil telefonunu açıq talama yolu ilə mənimsəyib.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış 36 yaşlı Vüsal Əzimov saxlanılıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, V.Əzimov dərsdən evə qayıdan yetkinlik yaşına çatmayan iki şəxsə yaxınlaşaraq, guya yaşadığı binanın üçüncü mərtəbəsindəki mənzildən ağır yükü aşağı düşürmək üçün onlardan kömək istəyib.

Daha sonra zərərçəkənlərlə birlikdə bloka daxil olan V.Əzimov onların mobil telefonlarını və pullarını ələ keçirərək hadisə yerindən qaçıb. Onun törətdiyi əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qərarına əsasən, V.Əzimov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.

Tarix
2026.02.09 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Berns Kornla görüşdü

ABŞ-dan Vensin Bakı səfəri ilə bağlı məlumat

FHN-in nümayəndəsi SADMİAK-da iştirak etdi - Foto

Vensin Bakıya səfərinə Saakaşvilidən maraqlı reaksiya

45 azərbaycanlı Vensə açıq məktub ünvanladı

Tacikistan prezidenti İlham Əliyevi təbrik etdi

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi

Yeni baş nazirdən ilk açıqlama

Azərbaycan İranla sərhədi açır?

Əliyev Trampla bağlı bu faktı "ilk nümunə" adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla