Yuxarı

“Bazarstore” qanvermə aksiyası keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bazarstore” qanvermə aksiyası keçirdi

Sosial məsuliyyət strategiyası çərçivəsində “Bazarstore” marketlər şəbəkəsinin baş ofisində Səhiyyə Nazirliyi Respublika Qan Bankının tərəfdaşlığı ilə növbəti qanvermə aksiyası həyata keçirilib.

Axar.az xəbər verir ki, aksiya talassemiya xəstəliyindən əziyyət çəkən azyaşlıların müalicəsinə dəstək olmaq məqsədi daşıyıb.

Könüllülük prinsipi əsasında təşkil edilən qanvermə aksiyasında “Bazarstore”un 50-yə yaxın əməkdaşı iştirak edib.

Aksiya zamanı toplanan qan ehtiyatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qan Bankına təhvil verilib.

Qanvermə prosesindən öncə hər bir donorun sağlamlıq vəziyyəti peşəkar həkim-hematoloqlar tərəfindən diqqətlə yoxlanılıb, zəruri tibbi müayinələr aparıldıqdan sonra qan götürülüb.

Toplanan qan ehtiyatları laborator müayinələrdən keçirildikdən sonra talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.

“Bazarstore” rəhbərliyi bu kimi humanitar təşəbbüslərin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gələcəkdə də sağlamlığın qorunması və ehtiyacı olan şəxslərə dəstək yönümlü sosial layihələrin davam etdiriləcəyini bildirib.

Tarix
2026.02.09 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla