Yuxarı

Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşuldu

AZCON Holding şirkətlərindən olan ADY-nin sədri Rövşən Rüstəmovun Daşkəndə səfəri çərçivəsində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşünün yekunu olaraq Gürcüstan “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv olub.

Axar.az xəbər verir ki, bu mühüm qərar Orta Dəhlizin cənub qanadı olan Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşımaların daha da cəlbedici olmasına, ümumilikdə regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Tərəflər həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttinin inşasının tamamlanması ilə bu marşrutun Şərq-Qərb istiqaməti üzrə yük daşımaları üçün daha cəlbedici ola biləcəyi barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Azərbaycan tərəfinin təşəbbüsü ilə Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.

Assosiasiyaya Azərbaycanın sədrlik etməsi ADY-nin regionun əsas operatorlarından biri kimi mövqeyini gücləndirir, Azərbaycanı Orta Dəhlizin cənub qolunun bütün marşrutu boyunca tranzitin təşkili üzrə əsas qərarların qəbul edildiyi strateji dispetçer mərkəzinə çevirir.

Tarix
2026.02.09 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla