Yuxarı

Kimlər “avara” hesab olunur? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kimlər “avara” hesab olunur? - Açıqlama

İnzibati Xətalar Məcəlləsinin (İXM) 523-cü maddəsi – “Avaralıqla məşğul olmaq” mövcuddur. “Avaralıqla məşğul olmaq” dedikdə müəyyən yaşayış yeri və ya yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə, yaxud peşə fəaliyyətiylə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yoluyla dolanan şəxslər nəzərdə tutulur.

Bunu Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov "avaralığa görə" 20 manat cərimə nəzərdə tutulduğu barədə sosial şəbəkələrdə yayılan məlumatı şərh edərkən deyib.

“Avaralıqla məşğul olmağın maksimal məsuliyyəti 20 manatdan 25 manatadək cərimədir. Əgər yetkinlik yaşına çatmayan şəxs bu maddə ilə cəlb edilirsə, 15 gün müddətinə inzibati qaydada həbs də edilə bilər”, - hüquqşünas bildirib.

Qeyd edək ki, mövzunu aparıcı Aytən Səfərova paylaşıb və bu, sosial şəbəkələrdə müzakirələr doğurub.

Tarix
2026.02.09 / 17:22
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla