Yuxarı

XİN adından AZAL təyyarəsi ilə bağlı elə məlumat yayıldı ki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN adından AZAL təyyarəsi ilə bağlı elə məlumat yayıldı ki...

Sosial şəbəkədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin adından saxta xəbər yayılıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, guya XİN-in sözçüsü AZAL-a məxsus təyyarənin qəzaya düşməsi ilə bağlı Rusiyanın iştirakına dair mətbuatda yayılan xəbərləri şərh edib.

Qeyd edək ki, yayılan məlumat saxtadır və həqiqəti əks etdirmir. Nə Xarici İşlər Nazirliyinin rəsmi saytında, nə də Ayxan Hacızadənin sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edilib.

Xarici İşlər Nazirliyindən də xəbərin saxta olduğu təsdiqlənib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2025.01.28 / 17:24
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla