Yuxarı

Masallıda ağır qəza: ölü və yaralılar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda minik və yük avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.

Axar.az xəbər verir ki, hadisə Ələt–Astara magistralının Masallı rayonunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1953-cü il təvəllüdlü Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan ağırtonnajlı (TIR) yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər – Sütəmurdov kənd sakinləri; 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.02.02 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Tehranda Kamal Xərrazi ilə görüşdü

Bakı və Tehran arasında razılıq əldə olundu - Hacıyev

Hacıyev Tehrana bu mesajları çatdırır – 4 vacib məqam

Azərbaycan yenə haqlı çıxdı - Ermənilərdən etiraf

Mehriban Əliyeva gəncləri təbrik etdi

Hikmət Hacıyev Əli Əkbər Əhmədianla görüşdü

Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”

Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında…

“Qarabağ” mahnısını yayan erməni azad edildi – Video

İrəvanda “Qarabağ” oxuyan azərbaycanlını şərləyib tutdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla