Yuxarı

"Murovdağ" ilk dəfə Magellan boğazından keçdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) "Handysize" tipli “Murovdağ” quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub.

Axar.az ASCO-ya istinadən xəbər verir ki, bu hadisə ilə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.

Çilinin Tokopilla limanından 33 000 ton potassium nitratı ilə yola çıxan “Handysize” tipli gəmi Latın Amerikasının cənub sahili boyunca hərəkət edərək, dünyanın ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazından keçib. Hazırda gəmi Atlantik okeanına doğru üzür və İspaniyanın Kadiz limanında yükünü boşaltması planlaşdırılır.

Magellan boğazı Cənubi Amerikanın cənubunda, Çili ərazisində yerləşir və Atlantik okeanı ilə Sakit okeanı birləşdirən mühüm dəniz keçididir. Boğaz güclü küləkləri, dəyişkən hava şəraiti və mürəkkəb su axınları ilə tanınır.

ASCO-nun beynəlxalq sularda istismara verdiyi ikinci “Handysize” tipli məhdudiyyətsiz üzmə imkanlarına malik gəmisi olan “Murovdağ” bu tarixi keçidlə Azərbaycanın dənizçilik sahəsindəki mövqeyini daha da möhkəmləndirir və qlobal yükdaşımalarda iştirakını genişləndirir.

Tarix
2025.02.03 / 11:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda eşitdiklərim bunlar idi: tam fərqli... - Qrono

Spikerdən Aqil Abbasa irad: bu, parlament sözüdür?

Onların azadlığa çıxması vacib məsələlərdəndir - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Suriya bizim üçün mənəvi vətəndir - Deputat

Köçəryanla görüş: Əliyevin sensasion gedişi - Nazir açıqladı

DTX və DİN 8 nəfəri belə məhv etdi – Əməliyyat çəkilişi

DTX və DİN-in yaxaladığı terrorçular - Foto

Qüvvələrimiz Ermənistana belə girə bilər...

Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla