Yuxarı

Kəmaləddin Heydərov Misir səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Səfiri səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə uzun illərə söykənən sıx əlaqələrin mövcud olduğunu xatırladıb. Bu çərçivədə, nazir bu gün keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında münasibətlərin formalaşması baxımından faydalı olacağına əminliyini ifadə edib.

K.Heydərov Misir Ərəb Respublikasında ötən ilin oktyabr ayında Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 57-ci və Baş Assambleyanın 26-cı sessiyalarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Misir Ərəb Respublikasının aidiyyəti dövlət qurumları arasında fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində səmərəli əməkdaşlıq üçün mövcud potensialdan danışıb. Eyni zamanda, bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris məsələləri üzrə FHN-in Akademiyası ilə Misirin aidiyyəti dövlət qurumları və tədris müəssisələri arasında əməkdaşlığın perspektivləri qeyd olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid, əvvəlcə ötən ilin dekabrında Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb.

Sonra COP29 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu və uğurlu nəticələrin əldə edildiyini vurğulayan səfir, həmçinin 2024-cü ilin dekabr ayında Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsini böyük uğur adlandırıb.

Səfir Hişam Mohamed Nağı Abdel Həmid iki ölkə arasında münasibətlərin daim genişləndiyini xatırladıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin formalaşdırılmasının qarşılıqlı faydasından danışıb. Səfir bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2025.02.03 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

5 seçki məntəqəsinin nəticələri ləğv edildi

Ceyhun Bayramov Baiba Braje ilə danışdı

Bakıda eşitdiklərim bunlar idi: tam fərqli... - Qrono

Spikerdən Aqil Abbasa irad: bu, parlament sözüdür?

Onların azadlığa çıxması vacib məsələlərdəndir - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Suriya bizim üçün mənəvi vətəndir - Deputat

Köçəryanla görüş: Əliyevin sensasion gedişi - Nazir açıqladı

DTX və DİN 8 nəfəri belə məhv etdi – Əməliyyat çəkilişi

DTX və DİN-in yaxaladığı terrorçular - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla