Yuxarı

14 yaşlı qız evdən niyə qaçıb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
14 yaşlı qız evdən niyə qaçıb? - Açıqlama

11:52

Bərdə rayonunda evdən qaçan 14 yaşlı qız tapılıb.

Bu barədə onun valideynləri ANS-ə məlumat veriblər. Valideynlər bildiriblər ki, ötən gündə evdən çıxan qız Bakıya bibisigilə gedib:

"Qızım paytaxta çatandan sonra bibisinə zəng edib və Bakıda olduğunu deyib. Aynurə hazırda bacımın evindədir. Evdən qaçmasına səbəb kimi isə dəcəllik etdiyi üçün müəllim tərəfindən döyüldüyünü göstərir", - qızın atası Şakir Əsgərov deyib.

Xatırladaq ki, şəhərin Sənaye küçəsində qeydiyyatda olan 2002-ci il təvəllüdlü Aynurə Şakir qızı Əsgərova ötən gün günorta saat 15 radələrində ailə üzvlərinin evdə olmamasından istifadə edərək, heç kimə xəbər vermədən evdən getmişdi.

Atası bildirmişdi ki, Aynurə məktəbdə müəllimi ilə narazılıq yaradıb və müəllimi onun bu hərəkətini valideynlərinə deyəcəyi ilə hədələyib: "Düşünürəm ki, qızım məndən qorxduğu üçün evdən qaçıb. O, evdən çıxaraq rayon avtovağzalına gedib və oradan da Bakıya yollanıb. Bizim paytaxtda qohumlarımız var. Ancaq Aynurə onların heç birinin ünvanını tanımır. Hazırda Bərdə polisi də hər yerdə qızımı axtarır".

Tarix
2016.05.18 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla