![“Neftçi” azarkeşlərinə görə cərimələndi](https://cdn.axar.az/2024/06/26/neftci-loqo.jpg)
“Neftçi” azarkeşlərinə görə cərimələndi
15:42
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bakıda və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var.
Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.
Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.
Tarix
2025.02.12 / 13:06
|
Müəllif
Axar.az
|