Yuxarı

Oğlumun adını İlham qoymuşam, nəvəm olsun, onun da adını...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Xocalı sakini ilə Prezidentin maraqlı dialoqu baş tutub.

Prezident İlham Əliyev: Qarabağın torpağı bütövlükdə hər yerdə yaxşıdır. Buradan yaxşı məhsul götürmək olar. O vaxt - sovet dövründə burada camaat daha çox maldarlıqla məşğul idi. İndi necə, maldarlıq var?

Sakin: Gətirir özü ilə, olanlar var.

Prezident İlham Əliyev: Bəs əkinçilik necə?

Sakin: Əkinçilik də yavaş-yavaş başlayır.

Prezident İlham Əliyev: Hər halda həyətyanı sahələrdə yəqin ki, bostan da əkilir?

Sakin: Əkirik. Yararlı torpaqdır, çox gözəl torpaqdır.

Prezident İlham Əliyev: Buradan bol məhsul götürmək olar.

Sakin: Bəli, çalışan götürər.

Prezident İlham Əliyev: İşləmək lazımdır.

Sakin: Xanın bağlarıdır bura. Bizdə “Məhəmməd ağa” deyilən otlağı var. Üç tərəfi Kosalar kəndidir, Ballıcadır. Ermənilər burada çox at oynadıblar. Son soyqırımda aeroport tərəfdən birinci hücuma keçiblər, sonra Kosalar kəndinin sakinləri burada tək qalıb. Xocalı rayonunda ən son Şuşa əhalisi çıxandan bir gün sonra, bax, bu dumanın altında Kosalar əhalisi çıxıbdır.

Prezident İlham Əliyev: Doqquzunda?

Sakin: Bəli. Buradan üç bulağın suyu gəlir: Təkqəbir bulağı, Sarıtala bulağı, Alçalı bulağı. Bulaq suyudur, götür o çayın suyunu iç. Belə gözəl yerə bizi gətirdiyiniz üçün Sizə nə qədər təşəkkür eləmək olar?! Mən oğlumun adını İlham qoymuşam. İnanın, Allahdan arzu edirəm, bir nəvəm olsun, onun da adını İlham qoyacağam. Dünya tarixində belə bir şey yoxdur, 300 ildən çox, 500 ildən çox bir qarış torpaq geri qaytarılsın. Xalqımız Sizə nə qədər təşəkkür etsə, azdır. Var olun, cənab Prezident.

Sakin: Bəli, mən “Qarabağ” şeirinin sonunda İsmayıl qardaşın dediyi kimi yazıram:

Dünya bu Zəfərə özü mat qalıb,

Əyrisi lal olub, düzü mat qalıb,

Əbədi, silinməz bir hikmət qalıb,

Azərbaycandır deyən sözüm Qarabağ,

Sənə qurban olum, özüm Qarabağ.

Sakinlər: Yaşa, cənab Prezidentimiz! Var olun, Prezidentimiz.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın.

Sakinlər: Var olun, Allah qorusun!

Tarix
2025.02.19 / 16:59
Müəllif
Axar.az
Digər xəbərlər

Nikolun Makrona arxalanmasının nəticəsi... - Mixaylov

Böyük əmilər oynayır: Ukrayna kiçik hissələrə parçalanacaq

Tramp zəhmət çəkməsin, Bakı və İrəvan özü həll edər

Bakıda müsadirə edilən “Rolls Roys” kimindir? – Foto

Nə qədər ki, Paşinyan güclüdür… - Politoloq

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü

Bayramov Ukrayna XİN rəhbərinin müavinini qəbul etdi

Prezidentdən Rasizadəyə: Atamın etibarlı silahdaşı olmusunuz

Azərbaycana göstərilən yardım kifayət deyil - Bayramov

Azərbaycan rəsmiləri ATƏT PA-nın prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla