Yuxarı

FETÖ-nün dönər şəbəkəsi: Bakıda da filialları var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə "Maydonoz Dönər" restoranlar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Axar.az xəbər verir ki, "Kıskaç-40" adlı əməliyyat çərçivəsində 31 vilayətdə aparılan əməliyyatlarda 10-u dövlət qulluqçusu olmaqla ümumilikdə 353 şübhəli saxlanılıb.

Aparılan araşdırmalara görə, "Maydonoz Dönər" adlı dönər zəncirinin "franchise" (ad hüququ) sistemi vasitəsilə FETÖ-yə maliyyə dəstəyi göstərdiyi məlum olub.

"Franchise" sistemi vasitəsilə qeyri-rəsmi ortaqlıqlar qurulub və təşkilatla əlaqəsi olan şəxslərə ödəniş müqabilində imkanlar təqdim olunub.

Tərəfdaşlıqlar yalnız təşkilati etimada əsaslanaraq, heç bir rəsmi sənəd olmadan həyata keçirilib.

Filiallar FETÖ-yə bağlı şəxsləri işlə təmin etmək və onlardan ianələr toplamaq üçün istifadə edilib.

Təşkilata bağlı biznesmenlər vasitəsilə əldə olunan gəlir qeyri-rəsmi yollarla ötürülüb. Xaricdə yeni dilerliklər yaradılaraq, beynəlxalq maliyyə axınlarına şərait yaradılıb.

FETÖ və digər terror təşkilatlarının maliyyə mənbələrinə qarşı mübarizənin qətiyyətlə davam etdirilir.

Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Bakının Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.

Hazırda Bakıda fəaliyyət göstərən "Maydonoz Dönər" restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir.

Tarix
2025.02.22 / 13:47
Müəllif
Axar.az
Digər xəbərlər

Si Kremldən şübhələndi - Tramp istəyinə çatır

Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla