
Diqqət: Bu yollarda sürət həddi endirildi
22:54
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bakı şəhərinin Binəqədi qəsəbəsində ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Hacıqabul rayonunun Pirsaat qəsəbəsində "İveko" markalı yük avtomobilinin qoşqusunun (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) 4 ədəd təkəri yanıb.
Qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tarix
2025.02.22 / 14:45
|
Müəllif
Axar.az
|