Yuxarı

Ölkədə saatlıq əmək haqqı tətbiq ediləcək, maaşlar artacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb. Bəs saatlıq minimum əmək haqqının tətbiq edilməsi işçilər üçün nə vəd edir? Bu tətbiqetmə onların maaşının artmasına töhfə verə bilərmi? Dünyada belə praktika necə işləyir?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və əhalinin sosial müdafiəsi komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq minimum maaşın tətbiq edilməsi vətəndaşın bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir.

Deputat vurğulayıb ki, saatlıq minimum əmək haqqı tətbiq edən ölkələrin praktikası bunun işləyən vətəndaşların maaş artımına təsir göstərdiyini ortaya qoyur:

"Saatlıq əmək haqqı xüsusilə də əmək müqaviləsi ilə çalışan vətəndaşların maaşına təsir edir. Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına gətirib çıxarır. Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil".

Tarix
2025.03.01 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı döyüşçüdən Putinə müraciət - Video

Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu

Bu, Zelenski və Trampın razılaşdırılmış şousu idi: Hədəf isə...

Arif Paşayev Kərimovla görüşdü, saziş imzalandı - Foto

Ağ Evdəki qalmaqalın səbəbkarı odur: Hədəfi isə…

Hərbçimizin ölümü ilə bağlı daha bir rəsmi açıqlama

Ordumuzun hərbi qulluqçusu vəfat etdi

Hərbi İnstitutun yaranmasının 107-ci ildönümü... - MN

Ən böyük mina istehsalçısı bu ölkədir - PA rəsmisi

Qazaxıstan bu texnikaya Hökumənin adını verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla