Yuxarı

Vergi bəyannamələri ilə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vergi bəyannamələri ilə bağlı rəsmi açıqlama

Bu gün bəzi vergi bəyannamələrinin təqdim olunması prosesində bir çox çətinliklər yaşanır. Bu çətinliklərin qarşısının alınması üçün məlumatların mümkün qədər azaldılması, bəyannamələrin sadələşdirilməsi zəruridir.

Axar.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin (DVX) İqtisadi təhlil və proqnozların icrası idarəsinin rəis müavini Namiq Dərgahov bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.

O qeyd edib ki, ortamüddətli dövrdə əlavə dəyər vergisi (ƏDV) bəyannaməsi ilə bağlı əvəzləşmələr formalaşdırarkən buna kifayət qədər vaxt sərf olunur və bu prosesin avtomatlaşması ilə bağlı hazırda təhlillər aparılır:

"Həmçinin şəxsi hesab vərəqəsində muzdlu iş və məcburi dövlət sosial sığorta ilə bağlı vərəqələrin artıq birləşdirilməsinə başlamışıq. Bundan başqa, məcburi dövlət sosial sığorta və muzdlu sahəsində 11, qeyri-muzdlu sahəsində 6, işsizlikdən sığorta sahəsində isə 4 vərəqə var.

Hər qrupun özlüyündə birləşdirilməsi prosesi başlayıb və ilin birinci yarımilində başa çatdırılması nəzərdə tutulur. İnzibatçılığın sadələşdirilməsi vizyon olaraq şəxsi vərəqədə əməliyyatların bir hovuz daxilində görülməsi üçün mühasiblərə müsbət təsirini göstərəcək".

Tarix
2025.03.01 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla