Yuxarı

Ölkəmizdə töhmət alan yüksək vəzifəli məmurlar - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Axar.az Teleqraf-a istinadən indiyə qədər töhmət alan yüksək vəzifəli məmurların siyahısını təqdim edir:

Prezident İlham Əliyevin 21 avqust 2017-ci il tarixdə imzaladığı sərəncama əsasən, həmin dövrdə Azərbaycan Prezidentinin İşlər müdiri olan Oqtay Qəşəm oğlu Şahbazova xidməti vəzifəsinin icrasında yol verdiyi nöqsana görə töhmət elan edilib.

Dövlət başçısının 21 aprel 2020-ci il tarixdəki sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət verilib.

Prezidentin 4 mart 2025-ci il tarixli sərəncamına əsasən, Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan olunub.

Bundan başqa, Baş nazir Əli Əsədovun 5 oktyabr 2024-cü il tarixli qərarına əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət verilib.

Qeyd edək ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər.

Tarix
2025.03.04 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kiprin daxili işlər naziri Azərbaycana gəldi

Hikmət Hacıyev Belen Martinez Karbonellə görüşdü

Türkiyə MTŞ-dən bəyanat: Bakı-İrəvan razılaşması...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Şahbaz Şərif Azərbaycana gəlir

Növbəti 10-15 ildə Xəzərin səviyyəsi... - Xidmət rəhbəri

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

İrəvandan Araz çayı ilə bağlı qərar - Bakı nə tələb edirdi?

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla