
Avropa təhlükədədir, özünü müdafiə etməlidir - Leyen
17:50
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Axar.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləridir. Məhdudiyyət iəmir işləri bitənə qədər qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd olunub.
Tarix
2025.03.06 / 13:30
|
Müəllif
Axar.az
|