Yuxarı

Şeyx Brüsseldə AP konfransında: nələrdən danışdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Brüsseldə AP konfransında: nələrdən danışdı?

Avropa Parlamentində keçirilən dəyirmi masada nümayəndə heyətinə rəhbərlik edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə geniş məruzə ilə çıxış edib, Azərbaycanda dövlət-din münasibətləri, fərqli mədəniyyətin daşıyıcıları olan xalqların və etnik qrupların birgə yaşayışı, cəmiyyətimizdə mövcud olan tolerantlıq və sivilizasiyalararası dialoq, Azərbaycan Prezidentinin bu məsələyə göstərdiyi diqqət, torpaqlarımızın erməni vandalları tərəfindən işğalı və islam abidələrinin, şəhər və qəsəbələrimizin dağıdılması barədə geniş məlumat verib.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Belçikanın paytaxtı Brüssel şəhərində “İslam dünyası-2025 Belçika krallığında və Avropada” dinlərarası beynəlxalq konfransının öz işinə başlaması haqda danışarkən deyib.

O bildirib ki, dəyirmi masada onunla birgə millət vəkili Cavanşir Paşazadə, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri çıxışlar ediblər:

“Çıxışlarda ölkəmizin Qərbin yürütdüyü ikili standartlardan əziyyət çəkməsindən, qaçqınlarımızdan, Ermənistanın sülh sazişi imzalamaqdan yayınmasından danışdıq, dəyirmi masa iştirakçılarını hər şeyi öz gözləri ilə görmələri üçün Azərbaycana dəvət etdik. Konfrans çərçivəsində görüşlər və tədbirlər bu gün də davam edəcək”.

Millət vəkili həmçinin vurğulayıb ki, Şeyx Avropa Parlamentinin televiziyasında çıxış edib və həmin çıxış bu gün yayımlanacaq.

Tarix
2025.03.07 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla